Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat-seçki konfransı keçirlib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Himinin səsləndirilməsi, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.
Konfransda Gənclər və İdman Nazirliyinin, AŞF-nin rəsmiləri, tanınmış şahmatçılar və digər rəsmi şəxslər iştirak ediblər.
Federasiya prezidenti Mahir Məmmədov son 3 il ərzində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Gənclər və İdman Naziri Fərid Qayıbov çıxışında AŞF-nin gördüyü işləri yüksək qiymətləndirib.
Hesabat videosundan sonra büdcə və gündəlikdə duran məsələlər müzakirə olunub.
Ardınca AŞF-nin tərkibinə daxil olan bütün komissiyaların - Hakimlər Komissiyasının, Məşqçilər Komissiyasının, Uşaq və Gənclər Komissiyasının, Bəstəçilik Komissiyasının hesabatları dinlənilib.
Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar. Ardınca AŞF-nin vitse-prezidentləri və prezidenti seçilib. Mahir Məmmədov yenidən qurumun prezidenti seçilib.