• Bakı 21° C

    14.78 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub

İDMAN

02 Iyun 2025 | 10:42

“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub

“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 32 mövsümündə 9 komanda titula sahib çıxıb.

Mütləq rekord “Qarabağ”a məxsusdur – 8 dəfə.

“Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”, “Bakı” hərəyə 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” hərəyə 2 kubok qazanıb. “İnşaatçı” (Bakı) və “Şəfa” isə “Sabah” kimi hərəsi bir dəfə kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq qalıb. "Sabah" mayın 31-də baş tutan final oyununda "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.


SON XƏBƏRLƏR

03 Iyun 2025