• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

"Şamaxı" "Səbail"lə heç-heçə etdi

İDMAN

03 May 2025 | 19:03

Şamaxı Səbaillə heç-heçə etdi

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə bərabərə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.


SON XƏBƏRLƏR

03 May 2025