• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABL: Bu gün daha iki görüş keçiriləcək

İDMAN

04 Aprel 2025 | 09:12

ABL: Bu gün daha iki görüş keçiriləcək

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turunda bu gün daha iki görüş keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, hər iki görüş A qrupunda baş tutacaq.

“Sərhədçi” Bakı İdman Sarayında NTD ilə üz-üzə gələcək. “Sərhədçi” qrupda beşinci, NTD isə sonuncu - altıncı pillədə qərarlaşıb. Hər iki komandanın 25 xalı var.

“Abşeron” isə Abşeron Olimpiya Kompleksində “Neftçi” ilə qarşılaşacaq. “Neftçi” 29 xalla üçüncüdür. Dördüncü olan “Abşeron”un 27 xalı var.

Hər iki görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88 hesabı ilə məğlub edib. Tura aprelin 6-da yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026