• Bakı 22° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Şamaxı” 850-yə ÇATDI

İDMAN

05 Mart 2025 | 11:00

“Şamaxı” 850-yə ÇATDI

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026