Türkiyə təmsilçisi "Bodrum" baş məşqçisi Volkan Dəmirəllə vidalaşıb.
Bakıvaxtı.az Superliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
"Bodrum" V.Dəmirəlin rəhbərliyi altında 11 oyunda 1 qələbə qazanıb, 7 məğlubiyyət və 3 heç-heçəyə imza atıb.
Qeyd edək ki, Volkan Dəmirəl ötən ilin noyabrından "Bodrum"u çalışdırırdı.