• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Emin Mahmudov "Neftçi"nin TARİXİNƏ DÜŞDÜ

İDMAN

05 Mart 2025 | 17:10

Emin Mahmudov "Neftçi"nin TARİXİNƏ DÜŞDÜ

Misli Premyer Liqasının XXV turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.

O, yubiley matçına qədər 43 qola imza atıb.

Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur.

Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

Qeyd edək ki, Mahmudov Premyer Liqada 2017/18 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026