• Bakı C

    15.59 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında

İDMAN

04 Aprel 2025 | 14:24

Avarçəkmə üzrə Prezident Kuboku 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında

Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib. Assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Bakıvaxtı.az bu barədə "Azərişıq"a istinadən xəbər verir.

Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.

Xatırladaq ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.


SON XƏBƏRLƏR