İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lisandro Martines mövsümün qalan hissəsini buraxa bilər.
Bakıvaxtı.az "Manchester Evening News"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Kristal Pelas"la (0:2) matçda, top uğrunda mübarizə zamanı İsmaila Sarrla mübarizədə dizindən zədə alıb.
Argentinalı futbolçu 82-ci dəqiqədə Matteys de Liqtlə əvəzlənib və meydanı xərəkdə tərk etməli olub. Argentina millisinin heyətində dünya çempionu olan müdafiəçinin böyük ehtimalla cari mövsümün sonuna qədər sıradan çıxacağı bildirilib.
Qeyd edək ki, L.Martines 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 32 matçda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.