• Bakı C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

FHN əməkdaşı tennis yarışında qızıl qazandı

İDMAN

03 Fevral 2025 | 20:02

FHN əməkdaşı tennis yarışında qızıl qazandı

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən yarışda 22 qurumdan 40 kişi, 10 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.

Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə komandasının üzvü əzmkar mübarizə apararaq yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adına layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.


SON XƏBƏRLƏR