"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planlarının həyata keçirilməsi NATO-nu məhv edə bilər".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu The Hill yazır. Qrenlandiyanın Danimarkanın etirazları ilə ABŞ-a birləşdirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər, çünki Danimarka da hərbi blokun üzvüdür.
Hadisələrin bu cür cərəyan etməsi alyansı məhv edə bilər, çünki aparıcı qüvvə digər üzvün ərazi bütövlüyünü poza bilməz.
Dekabrın sonunda Tramp Kanadanı ABŞ-ın 51-ci ştatı olmağa dəvət etdi, o, eyni zamanda Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaqla hədələdi və ABŞ-ın Qrenlandiya üzərində nəzarətinə ehtiyac olduğunu bildirdi.