• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağırdı

DÜNYA

03 Fevral 2025 | 17:19

Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağırdı

Gürcüstan rəhbərliyi ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərinin geri çağırılmasına qərar verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan parlamentinin bürosunun iclasında açıqlanıb. 

Ölkənin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Teya Çulukiani, deputatlar Qivi Mikanadze, Mariam Laşxi, Eka Sepaşvili, eləcə də ehtiyat deputatlar Levan Maçavariani, Rati İonatamişvili və Zviad Şalamberidze daxildir. Onlar artıq müvafiq müraciəti AŞPA sədri Teodoros Rusopulosa ünvanlayıblar. 

Qeyd edək ki, yanvarın 29-da AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına dair qətnamə qəbul edib, lakin bir şərtlə ki, ölkədə aprelə qədər yeni parlament seçkiləri təyin edilsin.


SON XƏBƏRLƏR