• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Belçikanın yeni baş naziri bəlli oldu

DÜNYA

03 Fevral 2025 | 16:00 | Müəllif: Əli Hüseynov

Belçikanın yeni baş naziri bəlli oldu

Bart De Vever Belçikanın yeni baş naziri olub.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, ötən ilin 9 iyun tarixində keçirilən seçkilərdə ilk partiya olaraq ortaya çıxan Flaman millətçisi "N-VA"-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən konsensus nəticəsində bu vəzifətə təyin edilib.

Hazırkı baş nazir Aleksandr de Krudan vəzifə səlahiyyətlərini qəbul edən De Vever Kral Filipin hüzurunda and içib.

O, bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqının sammitində də ölkəsini təmsil edəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR