İsrailin işğal etdiyi Qolan təpələrində iki yeni hərbi baza inşa etdiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) yazıb.
WP peyk görüntüləri və bu görüntüləri şərh edən ekspertlərin rəylərinə əsaslanan hesabat dərc edərək, İsrailin işğal altındakı Qolan təpələrində hərbi genişlənmə fəaliyyətinin sübuta yetirildiyini göstərib.
Görüntülər göstərir ki, İsrail sakinlər və beynəlxalq ictimaiyyətin bölgədəki mövcudluğunun müvəqqəti olacağı ilə bağlı iddialarına baxmayaraq, Suriyanın Qolan təpələrində iki hərbi baza tikməyə başlayıb.
Əli Hüseynov