• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Goranboyda avtomobil aşıb: 5 nəfər xəsarət alıb 

HADİSƏ

04 Yanvar 2025 | 20:53 | Müəllif: Subhan Mahmudov

Goranboyda avtomobil aşıb: 5 nəfər xəsarət alıb

Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026