Yanvarın 31-də Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alan iki nəfərin (qadın) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, hazırda yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.