Ötən gün Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə 2:3 hesabı ilə uduzan “Qarabağ”ın azarkeşləri komandaya dəstək olub.
Bakıvaxtı.az xəbər verir ki, matçdan sonra tərədarlar futbolçulara “biz sizin yanınızdayıq, biz “Neftçi” azarkeşi deyilik ki, məğlubiyyətdən sonra sizə nəsə deyək. Amma ayılmaq lazımdır” sözlərini deyib.
Futbolçular da azarkeşlərin dəstəyini alqışlayıb.
“Neftçi” klubu isə “Qarabağ” azarkeşlərinin bu sözlərinə rəsmi hesab vasitəsilə cavab verib. Klub sosial şəbəkələrdə “Heç kim “Neftçi” azarkeşi deyil, ola da bilməz” paylaşımı edib.