• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Kurban Berdıyev: "Zirə" layiqli qələbə qazandı"

İDMAN

04 Mart 2025 | 20:38

Kurban Berdıyev: Zirə layiqli qələbə qazandı

Rəqib komanda layiqli qələbə qazandı.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Zirə"yə qarşı Misli Premyer Liqasının XXV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Zirə" kimi komandalara qarşı oyunda erkən qol buraxmaq heç də yaxşı nəticələrə yol açmır. Buraxılan qoldan sonra toparlanmaq çətin olur. Rəqib komanda qol vurmaq üçün əsasən əks hücumlara bel bağlamışdı. Edilən dəyişikliklərdən sonra "Zirə" meydanın mərkəzində daha fəal çıxış etməyə başladı və nəticədə ikinci qolu buraxdıq. Düşünürəm ki, "Zirə" layiqli qələbə qazandı".

Qeyd edək ki, XXV turun görüşündə "Turan Tovuz" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub./report


SON XƏBƏRLƏR