Yunanıstanın Santorini, Amorqos, Paros, Antiparos və Naksos adalarında hakimiyyət orqanları silsilə yeraltı təkanlardan sonra məktəb və uşaq bağçalarının bağlanması ilə bağlı göstəriş veriblər.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Kathimerini" nəşri yazır.
Seymoloqlar daha güclü yeraltı təkanların olacağını istisna etmirlər. Xilasedicilər təhlükəsizlik tədbiri kimi insanların müvəqqəti yerləşdirilməsi üçün çadırlar qurublar.
Hotel sahiblərinə binaların dağılması risklərini azaltmaq üçün tədbirlər görmək tapşırılıb. Yerli sakinlərə və turistlərə qapalı məkanlarda böyük qruplar şəklində toplaşmaqdan çəkinmək tövsiyə olunur.
Qeyd edək ki, fevralın 2-də Santorini yaxınlığında bir sıra yeraltı təkanlar baş verib. Fevralın 3-nə keçən gecə seymoloqlar 4,2 maqnitudalı yeni zəlzələ barədə məlumat veriblər.