• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ötən ay azad edilən ərazilərdə 762 mina zərərsizləşdirilib

CƏMİYYƏT

03 Fevral 2025 | 14:38 | Müəllif: Əli Hüseynov

Ötən ay azad edilən ərazilərdə 762 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 3583.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026