• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

İDMAN

03 Fevral 2025 | 14:22 | Müəllif: Əli Hüseynov

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Almaniyanın "Nürnberq" klubu Stefanos Tsiması Yunanıstan PAOK komandasından birdəfəlik transfer edib.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi 19 yaşlı hücumçunun müqaviləsindəki satınalma bəndindən istifadə edərək, onu heyətinə qatıb.

Lakin yunanıstanlı forvard "Nürnberq"də qalmayacaq. Almaniya klubu istedadlı oyunçunu cari mövsümün sonunadək İngiltərənin "Brayton" komandasına icarəyə verib. Premyer Liqa təmsilçisi Tsimasın çıxışından razı qalsa, müəyyən təzminat məbləği qarşılığında onu transfer edə biləcək.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də "Nürnberq"də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026