• Bakı 25° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Parlamentin Hesablayıcı komissiyasına sədr seçilib

SİYASƏT

03 Fevral 2025 | 17:08

Parlamentin Hesablayıcı komissiyasına sədr seçilib

Milli Məclisin yenidən formalaşdırılan Hesablayıcı komissiyasının ilk iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.

İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.


SON XƏBƏRLƏR

04 Sentyabr 2025