• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

SİYASƏT

05 Mart 2025 | 16:22

Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

Baş nazir Əli Əsədov yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.

Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.

Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.


Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdiƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdiƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdiƏli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026