• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Sloveniyalı nazir: Azərbaycanla Sloveniya arasında konstruktiv münasibətlər qurulub

SİYASƏT

04 Aprel 2025 | 14:02

Sloveniyalı nazir: Azərbaycanla Sloveniya arasında konstruktiv münasibətlər qurulub

Azərbaycan ilə Avropanın digər hissəsi arasındakı əməkdaşlığın əhəmiyyəti gedərək artır. Burada yaşıl enerjini də qeyd etmək yerinə düşər. Azərbaycan ilə Sloveniya arasında konstruktiv münasibətlər qurulub. Biz müəyyən dərəcədə kiçik ölkəyik və enerji asılılığımız var. Enerji təchizatının vacibliyini anlayır və bilirik ki, bu, iqtisadi inkişafın əsas meyarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, son illər ərzində siyasi vəziyyət xeyli dəyişib və bununla da enerji ehtiyatlarının və marşrutlarının şaxələndirilməsi heç vaxt olmadığı qədər vacib olub.

    “Bu yeni reallıqdan baxaraq, etibarlı tərəfdaşlıq çox əhəmiyyətlidir. Azərbaycan dəqiqliklə bunu sübuta yetirdi. Sloveniya bu tərəfdaşlığa sadiqdir və Avropa Komissiyasının bu əməkdaşlığın gücləndirilməsindəki səylərini alqışlayır”, - Bojan Kumer qeyd edib.


    SON XƏBƏRLƏR

    10 Aprel 2025