Böyük Britaniya Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Britaniya hökuməti sanksiya siyahısını insan haqlarını pozmaqda ittiham olunan dörd yüksək rütbəli gürcü məmuru da daxil etməklə genişləndirib.
Bildirilib ki, sanksiyalara Gürcüstanın baş prokuroru Giorgi Qabitaşvili, daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar Departamentinin rəis müavini Mirze Kezevadze və Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze daxildir.
Adıçəkilən şəxslərlə bağlı aktivlərinin dondurulması tədbirləri tətbiq edilib.
Mina Mikayılova