• Bakı 21° C

    18.13 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Azərbaycan Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

SİYASƏT

10 Aprel 2025 | 17:05

Azərbaycan Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

“Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.


SON XƏBƏRLƏR

02 Iyun 2025