• Bakı 14° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Güləşçimiz erməni ilə qarşılaşacaq

İDMAN

10 Aprel 2025 | 23:19

Güləşçimiz erməni ilə qarşılaşacaq

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub.

Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

17 Aprel 2025