Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının (FIFA) Şurası qadınlar arasında dünya çempionatında iştirak edən komandaların sayının 32-dən 48-ə artırılması barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
48 komandanın iştirak edəcəyi ilk qadınlararası dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq növbəti turnirdə isə 32 yığma iştirak edəcək.
2031-ci ildəki turnir 12 qrup formatında keçiriləcək. Beləliklə, ümumi oyunların sayı 64-dən 104-ə yüksələcək.