• Bakı 24° C

    0.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Qarabağ" Çempionlar Liqasına hazırlaşır: 4 matç oynayacaq

İDMAN

08 Iyun 2025 | 12:13

Qarabağ Çempionlar Liqasına hazırlaşır: 4 matç oynayacaq

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təmsilçimiz Çempionlar Liqası hazırlığı üçün Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

"Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.


SON XƏBƏRLƏR

07 Iyun 2025