• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

"Sabah" - "Sele" oyununa  nə qədər bilet satılıb?

İDMAN

07 Iyul 2025 | 15:22

Sabah - Sele oyununa  nə qədər bilet satılıb?

Bakıda "Sabah" və Sloveniyanın "Sele" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, hələlik qarşılaşmaya 2500 bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


SON XƏBƏRLƏR