• Bakı 15° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

21 yaşlı futbolçu faciəvi şəkildə vəfat etdi

İDMAN

10 Aprel 2025 | 17:00

21 yaşlı futbolçu faciəvi şəkildə vəfat etdi

Perunun “Real Titan” klubunun futbolçusu Helar Qonzales Altamirano dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 21 yaşlı oyunçu qapıçı ilə toqquşaraq faciəvi şəkildə vəfat edib.

İnsident Peru kuboku çərçivəsində “Defensor Nueva”ya qarşı oyunu zamanı baş verib. “Real Titan”ın formasını geyinən Altamirano qarşılaşmanın 70-ci dəqiqəsində rəqibin qapıçısı ilə toqquşaraq başından ağır zədə alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölümə səbəb gənc futbolçunun başındakı damarın yırtılması olub.


SON XƏBƏRLƏR

17 Aprel 2025