• Bakı 15° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Oğuzda avtomobil aşdı - xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

10 Aprel 2025 | 15:56

Oğuzda avtomobil aşdı - xəsarət alanlar var - YENİLƏNİB

Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində sürücü xəsarət almayıb, digər xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

***

15:07

Oğuz rayonunda yol nəqliyyat hadisəsi olub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

17 Aprel 2025