• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Qəzzada dərman ehtiyatları tükənib

DÜNYA

10 Aprel 2025 | 15:45

Qəzzada dərman ehtiyatları tükənib

Qəzzanın Səhiyyə Nazirliyi dərman ehtiyatlarının dərhal artırılması ilə bağlı çağırış edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, tibbi ləvazimat və dərman vasitələrinə keçidlərin bağlanması böhranı daha da gücləndirir və xəstələrə və yaralılara tibbi xidmət göstərilməsi üçün fəlakətli problemlər yaradır.

Açıqlamada əsas dərmanların 37 faizinin anbarda olmadığına diqqət çəkilərək, tibbi ləvazimatlar siyahısının 59 faizinin də tükəndiyi qeyd edilib.

Nəzərə çatdırılıb ki, əməliyyat otaqları, reanimasiya şöbələri və təcili yardım xidmətləri tükənmiş dərman və tibbi ləvazimat ehtiyatları ilə xidmət göstərməyə çalışır.

"80 min diabet xəstəsi və 110 min hipertoniya xəstəsinin ilkin səhiyyə ocaqlarında dərmanı yoxdur. Xərçəng və qan xəstəliklərinin dərmanlarının yüzdə 54-ü stokda yoxdur",- deyə bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Aprel 2025