• Bakı 15° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Ərdoğan DEM Partiya heyətini qəbul edib - FOTO - YENİLƏNİB

DÜNYA

10 Aprel 2025 | 16:11

Ərdoğan DEM Partiya heyətini qəbul edib - FOTO - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkilləri arasındakı görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Prezident İqamətgahındakı görüş 1 saat 25 dəqiqə çəkib.

***

14:58

Türkiyə Prezidenti PKK lideri ilə görüşən heyəti qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

    Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri qəbul edib.

    Görüşdə eyni zamanda, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və AK Partiya sədrinin müavini Efkan Ala iştirak edib.

    Bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.

    DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

    Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

    Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.


    SON XƏBƏRLƏR

    17 Aprel 2025