• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Dietoloqlardan xəbərdarlıq: Bu qidalar stressi artıra bilər 

CƏMİYYƏT

10 Aprel 2025 | 15:57

Dietoloqlardan xəbərdarlıq: Bu qidalar stressi artıra bilər 

Yediyimiz, içdiyimiz bəzi qida məhsulları stressimizin artmasına səbəb ola bilir.

Bakıvaxtı.az bu barədə "WellnessPulse" nəşrinin məlumatına istinadla xəbər verir ki, ABŞ-li dietoloq Şelli Bols stress hormonlarının, xüsusilə kortizolun səviyyəsini artıran altı növ qida məhsulunu açıqlayıb:

"Bu məhsullar spirtli içkilər, qızardılmış yeməklər, kofein, rafinə olunmuş karbohidratlar, şəkər və duzla zəngin məhsullardır".

Dietoloqun sözlərinə görə, çoxlu miqdarda şirniyyat, çörək, sənaye üsulu ilə hazırlanmış şirin məhsullar və şəkərli içkilər qanda qlükozanın səviyyəsinin kəskin dəyişməsinə səbəb olur. Bu dalğalanmalar isə qəzəb, təşviş və əsəbilik kimi əhval pozuntularına yol aça bilər.

Qlükoza səviyyəsinin ilkin yüksəlişdən sonra qəfil enməsi yorğunluq və enerjisizlik yaradır. Bu isə insanın gündəlik iş fəaliyyətinə mənfi təsir edərək stress və narahatlığı daha da artırır.

Şelli Bols həmçinin qeyd edib ki, qanda şəkərin səviyyəsindəki dalğalanmalar və bu cür qidaların istifadəsi orqanizmdə iltihab proseslərini də gücləndirə bilər. İltihab və hormon balanssızlığı isə kortizolun səviyyəsinin artmasına gətirib çıxarır.

Xüsusilə ağ çörək, makaron və un məmulatları kimi rafinə olunmuş karbohidratlar, eləcə də spirtli içkilər, iltihabı və qlükoza səviyyəsindəki dəyişiklikləri tetikleyen əsas amillər sırasındadır. Eyni zamanda, duzlu, qızardılmış yeməklər və kofein də bu təsiri gücləndirə bilər.

Bunun əksinə olaraq, toyuq əti və kəsmikdəki az yağlı zülal, qoz-fındıq və balıqdakı faydalı yağlar, meyvə və tərəvəzlərdəki lif isə orqanizmdəki iltihabın qarşısını alan qidalar hesab olunur.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

14 Aprel 2025