• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

CƏMİYYƏT

10 Aprel 2025 | 16:08

Nazirlər Kabineti aviasiya sahəsi ilə bağlı qərarlar verib

Nazirlər Kabineti “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nı və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nı təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan başqa, hökumət başçısı imzaladığı digər qərarla “Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları”nı təsdiqləyib.


SON XƏBƏRLƏR

17 Aprel 2025