• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - VİDEO

CƏMİYYƏT

18 Aprel 2025 | 11:50

Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - VİDEO

Baş DYP İdarəsinin Sabirabadda yerləşən postunda dayanan “Hyundai” markalı avtomobilin sürücüsü Taleh Əsədov qəza- dayanma işıqlarını yandırıb və aramsız səs siqnalı verməklə kömək çağırıb.

Bakıvaxtı.az idarəyə istinadən xəbər verir ki, YPX Alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib.

Şəhid övladı, qazi Taleh Əsədov xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.


SON XƏBƏRLƏR

18 Aprel 2025