• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bayramov Çavuşoğluya başsağlığı verdi

SİYASƏT

18 Aprel 2025 | 11:21

Bayramov Çavuşoğluya başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı keçmiş həmkarına başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, C.Bayramov bu barədə “X” hesabında paylaşım edib.

“Qardaş Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, dəyərli qardaşımız və dostumuz Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda qeyd olunub. Xatırladaq ki, M.Çavuşoğlunun atası dünən 93 yaşında vəfat edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025