• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Liqa yarışında iştirak edəcək cüdoçuların sayı AÇIQLANIB

İDMAN

17 Aprel 2025 | 18:42

Liqa yarışında iştirak edəcək cüdoçuların sayı AÇIQLANIB

U-17 yeniyetmələr arasında Liqa yarışının I turunda iştirak edəcək cüdoçuların və komandaların sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, birinciliyə 100 klub və idman cəmiyyətindən olan 873 idmançı (693 oğlan, 180 qız) qatılacaq.

Onlar aprelin 21-22-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025