• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Lavrov ABŞ dövlət katibi ilə DANIŞDI

DÜNYA

18 Aprel 2025 | 00:00

Lavrov ABŞ dövlət katibi ilə DANIŞDI

Aprelin 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında bildirib.

"Sergey Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq məqsədilə amerikalı həmkarları ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiqləyib", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Rubio Lavrova ABŞ nümayəndə heyətinin Kiyev, Paris və bəzi digər Avropa ölkələrinin nümayəndələri ilə təmasları barədə danışıb. Qeyd edilir ki, bu təmaslar Vaşinqton və Moskva arasında məsləhətləşmələr, həmçinin Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Sankt-Peterburqda bu yaxınlarda keçirilən görüşü çərçivəsində olub.


SON XƏBƏRLƏR

18 Aprel 2025