• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq - Tramp

DÜNYA

17 Aprel 2025 | 22:25

ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq - Tramp

ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Çinlə ticarət razılaşması əldə edə biləcəyinə əmin olduğunu bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə o, Ağ Evdə İtaliyanın Baş naziri Corca Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Razılaşmanı əldə edəcəyik, razılaşma baş tutacaq. Düşünürəm ki, Çinlə çox yaxşı razılaşma əldə edəcəyik", - deyə o qeyd edib.

ABŞ-nin rüsumları tətbiq etməsinin Amerika müttəfiqləri ilə Çin arasında yaxınlaşmaya gətirib çıxaracağından qorxduğu barədə suala ABŞ prezidenti belə cavab verib: "Heç kim bizimlə rəqabət apara bilməz".


SON XƏBƏRLƏR

18 Aprel 2025