Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhbus xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Vidadı Balıyev aprelin 17-dən 18-ə keçən gecə müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məhbus V.Balıyev kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkirdi.