• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib

SİYASƏT

17 Aprel 2025 | 18:56

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.


SON XƏBƏRLƏR

18 Aprel 2025