İsrail Ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 17 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Qətərin "Al Jazeera" telekanalı yayıb.
Məlumata görə, İsrail hərbçiləri cümə günü Qəzzanın cənubunda yerləşən Xan-Yunis şəhərinin ətraf ərazilərini və şimaldakı Cəbəliyyə şəhərini bombalayıb.