Masallıda XIX əsrə aid 9 kitab tapılıb.
Bakıvaxtı.az Baku Tv-yə istinadən xəbər verir ki, rayon sakini Rauf Cəbiyev kitabları Çaykeş çayından tapdığını bildirir.
"Bir tanışım sözügedən çayda 3 kisə kitabın olduğunu söylədi. İntensiv yağışlar səbəbindən çayda sel olduğuna görə yalnız bir kisəni tapdım", - o deyib.
R.Cəbiyevin sözlərinə görə, yerli din xadimləri bu kitabların dini ədəbiyyat olduğu qənaətinə gəliblər:
"Kitabların üz qapağı heyvan dərisindəndir və şikəstə xətti ilə yazılıb. Kitablarda peyğəmbərimizin hədisləri, imamlarımız haqqında məlumatlar və Quranın təfsiri öz əksini tapıb".
R.Cəbiyev kitablardan birinin yandırılmağa çalışdığını, amma yanmadığını söyləyib:
"Kitabın birində yanıq izləri var, lakin o yanmayıb".