• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Uitkoff Putinin tərəfinə keçib - Zelenski

DÜNYA

17 Aprel 2025 | 22:37

Uitkoff Putinin tərəfinə keçib - Zelenski

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharibə məsələsində Rusiya tərəfinin strategiyasını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Zelenski qeyd edib ki, Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur:

"Çünki bu torpaqlar bizimdir, Ukrayna xalqına məxsusdur və təkcə bizə yox, həm də gələcək ukraynalılara. Bütün bu iddiaları cənab Putinin sayıqlamaları kimi qəbul edirik. Mən düşünməzdim ki, onun bu cür narrativləri digər ölkələrdə yaymağa davam edən nümayəndələri var. Buna görə də bu məsələyə ciddi yanaşmıram", - deyə Zelenski vurğulayıb. /APA


SON XƏBƏRLƏR

18 Aprel 2025