Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağdadır.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında bildirib.
"Bakıda akkreditə olunmuş diplomatik korpusla Füzuli hava limanına endik. Şuşaya və Xankəndiyə gedirik. Qarabağ Universitetinə və Xankəndidəki tələbələrə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!", - paylaşımda vurğulanır.
Murad Məmmədli