• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Dünyanın ən kiçik robotu: Diametri 1 santimetrdən az

DÜNYA

18 Aprel 2025 | 09:06

Dünyanın ən kiçik robotu: Diametri 1 santimetrdən az

ABŞ-nin Kaliforniya Universitetinin Berkli kampusundakı mühəndislər dünyanın ən kiçik simsiz idarə olunan uçan robotunu hazırlayıblar.

Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Məlumata görə, cəmi 21 milliqram ağırlığında olan bu robotun diametri 1 santimetrdən də azdır. Arıların hərəkət prinsiplərindən ilham alınaraq hazırlanan robot havada asılı qala, istiqamətini dəyişə və kiçik hədəflərə tuşlana bilir.

Robotun uçuş qabiliyyəti daxilindəki iki kiçik maqnit və xarici tətbiq olunan maqnit sahəsi vasitəsilə təmin edilir. Maqnit sahəsinin gücü dəyişdirilərək robotun uçuş istiqaməti və sürəti idarə oluna bilir.

Layihənin rəhbəri professor Liwei Lin robotun arı kimi bir hədəfə yönəlib geri dönə bildiyini qeyd edib. Mühəndis Fanping Sui isə bu tip robotların dar sahələrdə axtarış, süni tozlaşma və boruların içinin yoxlanılması kimi sahələrdə istifadə oluna biləcəyini bildirib.

Hazırda real vaxtda ətraf mühiti hiss etmə qabiliyyətinə malik olmayan robot gələcəkdə aktiv idarəetmə sistemləri ilə təchiz oluna bilər. Tədqiqatçılar həmçinin daha kiçik ölçülü və radiorabitə ilə idarə olunan robotlar üzərində işləyirlər. Eyni zamanda, qarınca kimi kollektiv şəkildə fəaliyyət göstərə bilən robot sürülərinin tibbi sahədə, xüsusilə minimal invaziv əməliyyatlarda istifadə olunması planlaşdırılır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025