ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə saziş düz bir həftə sonra, aprelin 24-də imzalanacaq.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp təsdiqləyib ki, ABŞ və Ukrayna artıq sazişin məzmunu ilə bağlı razılığa gəliblər.
Xəzinədarlıq katibi Skott Bessent deyib: "Bu, mahiyyətcə əvvəllər razılaşdığımız şeydir".