• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kolumbiyada neft kəməri partladıldı

DÜNYA

18 Aprel 2025 | 11:00

Kolumbiyada neft kəməri partladıldı

Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV neft kəmərinin operatoru olan “Cenit” şirkətinə istinadən məlumat yayıb.

"Hücum nəticəsində neft sızması baş verib. Mütəxəssislər nəticələrin aradan qaldırılması üçün hadisə yerində işləyirlər", - məlumatda bildirilib.

Qeyd olunub ki, hücumun bu bölgədə fəal olan "Milli Azadlıq Ordusu"nun (ELN) döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026